Kafedra institut rektorunun  22 fevral  2019-cu il tarixli  3/49 №-li əmri ilə ictimai əsaslarla “Humanitar və ictimai fənlər ” kafedrası kimi fəaliyyətə başlamışdır. Rektorun 06 sentyabr 2023-cü il tarixli 1/76 №-li əmri ilə ixtisas kafedrası kimi fəaliyyətini davam etdirir. Naxçıvan Müəllimlər İnstitutu Elmi şurasının 05 sentyabr 2023-cü il tarixli (prot.№01) iclasında müzakirə edilərək qəbul edilmiş, Naxıvan Müəllimlər İnstitutunun rektoru tərəfindən 06 sentyabr 2023-cü il tarixdə təsdiq edilmiş “Naxçıvan Müəllimlər İnstitutunun kafedrası haqqında Əsasnamə” yə Pedaqoji fakültənin Elmi Şurasının 05 sentyabr 2023-cü il tarixli (prot. № 01 ) qərarı ilə təsdiq edilmiş “Humanitar və ictimai fənlər kafedrasının Strateji Fəaliyyət Planı”na uyğun olaraq kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Kons­ti­tu­si­yasını, Azərbaycan Respublikasının “Təhsil haqqın­da” və “Elm haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezi­dentinin Fərman və Sərəncamlarını, Azər­bay­can Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Mux­tar Respublikasının hakimiyyət orqanlarının qərar və sərəncam­la­rını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sə­nədlərini və Naxçıvan Müəllimlər İnstitutunun Nizam­na­məsini rəhbər tutur.

Humanitar və ictimai fənlər kafedrası tədris sahəsində bаkаlаvriat səviyyəsi  üzrə pedaqoji və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olur. Hazırda kafedranın 9 nəfər əməkdaşı Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə, o cümlədən  Naxçıvan regional məsələ­lərinə aid  və digər ümum elmi   mövzu üzrə tədqiqatlar  aparırlar. Kafedrada elmi-pedaqoji fəaliyyətlə məşğul olan 9 nəfər müəllimdən 1 nəfəri elmlər doktoru, 1 nəfəri  fəlsəfə doktoru, 1 nəfəri dosent, 2 nəfəri baş müəllim, 4 nəfəri isə müəllimdir.

Kafedra əməkdaşlarının səmərəli fəaliyyəti dövlətimiz tərə­fin­dən daim yüksək qiymətləndirilmişdir. Professor-müəllim heyətindən 1 nəfəri Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür. Kafedraya 2024-cü ildən tarix üzrə fəlsəfə doktoru  Aytəkin Qəhrəmanova  rəhbərlik edir.

 Kafedranın tərkib hissəsi

  1. Qəhrəmanova Aytəkin Məmiş qızı- kafedra müdiri,t.ü.f.d., baş müəllim (0.5 ştat)

  2. Quliyeva Zeynəb Kərim qızı – tarix elmlər doktoru, dosent (0.5 ştat)

  3. Hacıyeva Sara  Adil qızı – dosent (0.5 ştat)

  4. İbrahimov Aslan Məmməd oğlu – baş müəllim (1 ştat)

  5. Hacızadə Qorxmaz Vahid oğlu – müəllim (1 ştat)

  6. Cəfərli Altay İman oğlu – müəllim (0.5 ştat)

  7. Cəfərova Fərqanə Əhəd qızı – müəllim (0.5 ştat)

  8. Yaqubova Nazlı Rəşid qızı – müəllim (0.5 ştat)

  9. Əlizadə Günay Qabil qızı – müəllim (0.5 ştat)

     10. Abdullayeva Firuzə İsmayıl qızı – Laborant

 

Azərbaycan Tarixi
Azərbaycan tarixininin tədqiqininin müasir problemləri
Osmanlı tarixi
Qafqaz xalqları tarixi
Politologiya
Azərbaycan tarixi coğrafiyası
Arxelogiya və etnoqrafiyanın əsasları
Tarix təliminin müasir innovativ texnologiyaları
Tarixə köməkçi fənn
Azərbaycan tarixinin tarixşünaslığı
Yeni tarix
Qədim dünya tarixi
Naxçıvan tarixi
Müstəmləkəçilik və qloballaşma tarixi
Multikultralizmə giriş
Türk xalqların tarixi
Şərqi Avropa xalqları tarixi
Türk dünyası və Azərbaycan
Azərbaycan multikutralizmi
Mənbəşünaslıq
Naxçıvan tarixi
Naxçıvan etnoqrafiyası
Tarixin tədrisi metodikası
Azərbaycan antik dövrdə