Keyfiyyət təminatı siyasəti

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU KEYFİYYƏT TƏMİNATI SİYASƏTİ

   “Naxçıvan Müəllimlər İnstitutunun Keyfiyyət Təminatı Siyasəti” sənədi Naxçıvan Müəllimlər İnstitutunun öz Nizamnaməsi çərçivəsində Azərbaycan Respublikasının təhsil siyasətinin reallaşdırılmasında fəal iştirakını təmin etməklə, institutun Strateji İnkişaf Planının hədəflərinə nail olmağa və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Naxçıvan Müəllimlər İnstitutunun Keyfiyyət təminatı sistemi daxili və xarici keyfiyyət mexanizmlərini birləşdirən “keyfiyyət”, “təlim-tədris”, “elmi tədqiqat” proseslərini əhatə edəcək şəkildə davamlı inkişafın təmin edilməsi ilə keyfiyyət mədəniyyətinin formalaşdırılmasını əhatə etməkdədir.