Tələbə Gənclər Təşkilatı

Naxçıvan Müəllimlər İnstitutunda 2000-ci ilin aprel ayında təsis olunmuş Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir.

Tələbə gənclər təşkilatının fəaliyyətinin əsas istiqamətləri bunlardır:

  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;
  • Gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
  • Onların asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və s.

Tələbə Gənclər Təşkilatının aliqurumu 7 nəfərdən ibarət olan idarə heyətidir.