Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru
Məmmədov Elşən Neymət oğlu
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
E-mail adresi: elsheninfo67@gmail.com
1967-ci il avqustun 07-də Şərur rayonunun Tumaslı kəndində anadan olub.1974-1984-cü illərdə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsil alıb. 1984-1991-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb və fərqlənmə diplomu ilə təhsilini bitirmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının əməkdaşıdır. 2008-2013-cü illərdə Naxçıvan Dövlət Üniversitetinin informatika kafedrasının müdiri, 2013-2022-ci illərdə üniversitet Həmkarlar İttifaqı Komitəsinin sədri, 2022-2024-cü illərdə Kadr və ümumi işlər şöbəsinin müdiri vəzifələrində işləmişdir.
2008-ci il AMEA-nın Mexanika-riyaziyyat İnstitutunda “Çəkili fəzalarda operator diferensial tənliklərin həlli və bəzi spektral məsələlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış, dosentdir.
1991-ci ildən NDU-nun İnformatika kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, dosent işləyib. Naxçıvan Dövlət Üniversitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Fizika-riyaziyyat fakültəsinin dekanı, Kadr və Ümumi işlər şöbəsinin müdiri vəzifələrində işləmişdir. 5 kitabın, 3 metodik vəsaitin, 5 fənn proqramının, 50 elmi-məqalənin müəllifidir.
Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru
Qurbanlı Qurban Məmməd oğlu
, 1960- ci ilin 25 dekabrında Şərur rayonunun Keşdaz (indiki Çəmənli) kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin filologiya fakültəsində əyani təhsil almış, “Filoloq. Ali məktəblərdə rus dili və ədəbiyyatı müəllimi” ixtisasına yiyələnmişdir. 2000-ci ilin noyabr ayında Bakı şəhərində namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 07 fevral 2006-cı il tarixdə həmin komissiyanın qərarı ilə dosent elmi adına layiq görülmüşdür. Ali təhsil müəssisələrindəki pedaqoji fəaliyyəti müddətində elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. İndiyədək 10-u kitab olmaqla 80-dən artıq elmi, metodik və tərcümə əsərləri nəşr olunmuşdur. Bir sıra beynəlxalq simpozium, konqres, konfrans və seminarlarda ölkə elmini təmsil etmişdir. Məruzə, məqalə, material və tezisləri Misir, Türkiyə, Rusiya, Gürcüstan, Ruminiya və digər ölkələrdə çap olunmuşdur. Hazırda ölkənin bir sıra ixtisaslaşmış elmi nəşrlərinin redaksiyə heyətinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərlər jurnalının baş redaktorunun müavinidir. Elmi-pedaqoji və ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi“ döş nişanı ilə təltif olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 04 oktyabr 2008-ci il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

