Əfruz Əli qızı Mahmudova
Tədris şöbəsinin müdiri
Xidməti tel:545-23-79
Mobil: 070-242-81-06

Əhruz Əli qızı Mahmudova 1964-cü il 15 aprel tarixdə Şərur rayon Qarxun
kəndində anadan olmuş həmin kənddə orta məktəbi bitirərək 1982-1986-cı illərdə
Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin
“Azərbaycan dili və ədəbiyyatı” ixtisasına yiyələnmişdir.1986-2006-cı illərdə Kəngərli
rayon R.Rəhimov adına Təzəkənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat
müəllimi, 2007-ci ildə NMİ-də metodist, 2008-ci ildən isə Tədris şöbəsinin müdiri
vəzifəsində çalışır. 2014-cü ildən institutun “Dillər və ədəbiyyat” kafedrasının 0,5 ştat
müəllimidir.
Əhruz Mahmudova 02 dekabr 2018-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Dilçilik”
şöbəsində “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində heyvandarlıq
leksikasi (türk dilinin Qars şivələri ilə müqayisədə)” mövzusunda dissertasiyanı
müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almışdır.Aşağıdakı metodik vəsait və elmi məqalələrin
müəllifidir.