Məmmədova Aygül Eynulla qızı
10 sentyabr 1991-ci ildə anadan olub.
2009–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində bakalavr təhsili alıb. 2013–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi (PNT) ixtisası üzrə magistratura pilləsini bitirib. Hazırda Naxçıvan Müəllimlər İnstitutunda doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
2016–2022-ci illərdə Kəngərli Rayon Təhsil Şöbəsində müəllim və metodist vəzifəsində çalışıb. 2022-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisidir.
Təhsil, gənclər və ictimai fəaliyyət sahələrində bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısı və koordinatoru olmuşdur.
Layihə idarəçiliyi, komanda işi, liderlik və ictimai çıxış bacarıqları ilə fərqlənir.
Təhsil və sosial sahələrdə göstərdiyi xidmətlərinə görə müxtəlif sertifikat və təşəkkürnamələrlə təltif edilmişdir.
“Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin həmtəsisçisi və sədridir.
13 yerli və beynəlxalq elmi məqalənin, 1 fənn proqramı və 1 metodik vəsaitin müəllifidir.
