Elmi şura

Naxçıvan Müəllimlər İnstitutuna ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın sədri mühüm məsələlərin Elmi Şuraya çıxarılmasını, tam aşkarlıq şəraitində obyektiv müzakirə və həll edilməsini təmin edir. Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məsələləri Elmi Şura katibinin vəzifələrinə aiddir.

 

Fəaliyyəti:

  • İnstitutun strateji inkişaf və illik fəaliyyət planlarını təsdiq edir;
  • Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
  • NMİ-nin Nizamnaməsini qəbul edir, ona əlavələr və dəyişikliklər edir;
  • İnstitutun normativ sənədlərini, əsasnamə və təlimatlarını qəbul edir;
  • Fakültələrin, kafedraların və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;
  • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
  • Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
  • Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,orden və medallarının verilməsinə təqdim edir;
  • Tələbə qəbulu planının layihəsini müəyyənləşdirir və qəbulun nəticələrini təhlil edir;
  • İnstitutun maliyyə fəaliyyəti ilə bağlı hesabatı dinləyir;
  • Elmi işə və pedaqoji fəaliyyətə görə NMİ-nin mükafatlarını təsis və təltif edir;
  • Tədris planını qəbul edir;
  • İnstitutun adlı təqaüdlərinin təyinedilmə qaydalarını müəyyənləşdirir;
  • NMİ-nin tədris-metodik, elmi-metodik və kitabxana şuralarının tərkibini təsdiq edir.
  • Müsabiqə məsələlərinə baxır;
  • Öz səlahiyyətləri çərçivəsində digər məsələləri həll edir.

Elmi Şuranın tərkibi sədr, sədr müavini, elmi katib və müəyyən edilmiş sayda üzvlərdən ibarətdir.