NMİ-də magistrantların dissertasiya müdafiələri uğurla davam edir

Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin dissertasiya müdafiələri müəyyən edilmiş qrafik əsasında təşkil olunur. Magistrantlar hazırladıqları elmi-tədqiqat işlərini təqdim edərək əldə etdikləri nəticələri komissiya üzvlərinin diqqətinə çatdırırlar. Müdafiələrdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov da iştirak edir, magistrantların çıxışlarını dinləyərək onlara tövsiyələrini verir.