Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübə üzrə yekun hesabatlar dinlənilir

NMİ-də hər iki fakültə üzrə pedaqoji təcrübəni başa vuran buraxılış kursu tələbələrinin yekun hesabatlarının dinlənilməsi davam edir.
Tələbələr təqdimatlarda keçdikləri təcrübə müddətində qazandıqları bilik və bacarıqlar, apardıqları dərslər və əldə etdikləri peşə təcrübəsi barədə məlumat verirlər. Dinləmələrdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, institut rəhbərliyi və komissiya üzvləri iştirak edirlər. Təqdimatlar zamanı tələbələrin nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmə bacarıqları və peşə hazırlığı səviyyələri qiymətləndirilir. Qeyd etmək lazımdır ki, pedaqoji təcrübə gələcək müəllimlərin peşəkar formalaşmasında, məktəb mühitinə uyğunlaşmasında və praktik bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu münasibətlə institutumuzu yüksək nailiyyətlərlə bitirən bütün tələbələrimizi təbrik edir, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!