29 aprel 2026-cı il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda rektor vəzifələrini icra edən dosent Elşən Məmmədovun sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda cari tədris ilində institutda seçmə fənlərin tədrisinin vəziyyəti, doktorantura səviyyəsində təhsilin təşkili, kafedralarda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin institutun müəllim və tələbə Həmkarlar İttifaqı təşkilatlarının hesabatları müzakirə olunub.
Eyni zamanda gündəlikdə yer alan müsabiqə və cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

