axçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsi Elmi Şurasının növbədənkənar genişlənmiş ümumi iclası keçirilib. İclasın gündəliyində fakültədə vakant olan dekan vəzifəsinə seçki məsələsi yer alıb.
İclasa sədrliyi Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən, Tədris işləri üzrə prorektor, dosent Elşən Məmmədov edib. O, gündəlikdə duran məsələni iştirakçıların diqqətinə çatdırıb, dekan vəzifəsinə namizəd- Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovaya uğurlar arzulayıb.
Daha sonra iddiaçı Samirə Həsənova çıxış edərək öz seçki platformasını iclas iştirakçılarına təqdim edərək, fakültənin inkişaf istiqamətləri, tədrisin keyfiyyətinin artırılması və elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı hədəf və prioritetlərini diqqətə çatdırıb.
Müzakirələrdən sonra irəli sürülən təkliflər səsverməyə qoyulub, nəticəyə əsasən Samirə Həsənovanın namizədliyi müsbət qiymətləndirilmiş və onun Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsinə seçilməsi barədə qərar qəbul edilib.


