Bu gün Naxçıvan Müəllimlər İnstitutunun məzunu, Vətən müharibəsinin qəhrəmanı şəhid Ruhid İslamlının doğum günüdür. O, 2016-2020-ci illərdə institutun Təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil almış və 2020-ci ildə məzun olmuşdur.
Ruhid İslamlı, gənclərimizə yalnız aldığı təhsillə deyil, həm də vətənə sevgi və fədakarlıq nümunəsi göstərmişdir. Təhsil aldığı illərdə həm müəllimlərinin, həm də tələbə yoldaşlarının hörmətini qazanan Ruhid, ölkəmizin suverenliui, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlmişdir.
Ruhid İslamlı, sadəcə institutun məzunu olaraq deyil, həm də Vətən müharibəsində həyatını fəda edən bir şəhid olaraq xalqımızın yaddaşında əbədi qalacaqdır.
Şəhid Ruhid İslamlı məzunu olduğu Naxçıvan Müəllimlər İnstitutunun kollektivi tərəfindən heç vaxt unudulmayacaq. Onun nümunəvi həyat yolu, qəhrəmanlığı gələcək nəsillərə nümunə olacaqdır!
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

