Naxçıvan Müəllimlər İnstitutunda “Təcrübəçi tələbələrin peşə səriştələrinin inkişafı: nəzəri yanaşmalar və praktiki tətbiq modelləri” mövzusunda təşkil olunan üç günlük elmi-metodiki təlimlərin son günü keçirilib.
Təlimin yekun günündə Ümumi fənlər kafedrasının müəllimi Gülnarə Səfərova “Dərsin strukturunda qiymətləndirmə meyarlarının metodiki əsaslandırılması və inteqrasiyası” mövzusunda çıxış edib. Çıxış zamanı dərs prosesində qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsi, onların tədris mərhələlərinə uyğun şəkildə tətbiqi və təlim nəticələrinin obyektiv qiymətləndirilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Sonda iştirakçılara pedaqoji təcrübə müddətində uğurlar arzulanıb, əldə etdikləri bilik və bacarıqları praktik fəaliyyətlərində səmərəli şəkildə tətbiq edəcəklərinə inam ifadə olunub.
Keçirilən təlimlər tələbələrə peşə səriştələrini inkişaf etdirməklə yanaşı, gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı, innovativ və özünə inamlı olmaları üçün yüksək səviyyəli imkanlar təqdim edib.


