“Elmi tədqiqat və akademik yazı bacarıqları: ideyadan nəşrə” vörkşop proqramı üzrə təlimlərə strat verilib

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində gənc tədqiqatçılar üçün “Elmi tədqiqat və akademik yazı bacarıqları: ideyadan nəşrə” mövzusunda 3 günlük (3 modullu) sertifikatlı akademik təlimlərə start verilib. 3 həftə ərzində keçirilməsi planlaşdırılan vörkşopun ilk günündə proqramın açılışı və ilk modul üzrə təlim uğurla baş tutub. Proqram magistrantlar, doktorantlar, gənc müəllimlər və elmi fəaliyyətə yeni başlayan tədqiqatçılar üçün təşkil olunub və tədqiqatın planlaşdırılması, metodologiya, empirik mərhələ və elmi yazı bacarıqlarının inkişafını əhatə edir. Proqram gənc tədqiqatçıların müstəqil elmi fəaliyyətə hazırlıq səviyyəsinin yüksəldilməsinə, tədqiqat keyfiyyətinin artırılmasına, elmi yazı bacarıqlarının inkişafına və süni intellekt alətlərindən etik istifadəyə dair biliklərin formalaşmasına xidmət edəcək.
Proqramın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dos. Elşən Məmmədov iştirak və çıxış edib. Proqramın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Qurban Qurbanlı proqram haqqında ətraflı məlumat verib. Təlimçi Gülnar Hüseynova I modul üzrə interaktiv təqdimat, praktiki tapşırıqlar və elmi müzakirələr əsasında təlimi uğurla başa vurub.
Proqramın I modulunda iştirakçılar elmi tədqiqatın nəzəri əsasları, problem və hipotezlərin formalaşdırılması, mövzu seçimi və süni intellekt alətlərinin elmi fəaliyyətə tətbiqi üzrə biliklər əldə ediblər.
Bildiririk ki, “Elmi tədqiqat və akademik yazı bacarıqları: ideyadan nəşrə” proqramını uğurla başa vuran iştirakçılara 3 modullu sertifikat təqdim olunacaq.