25 sentyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə Vətən müharibəsi, Azərbaycan xalqının tarixi Zəfərini əks etdirən müxtəlif materiallar nümayiş olunub.
Sərginin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq irsini gənc nəslə çatdırmaq, 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətini boyaların dili ilə diqqətə çatdırmaq və tələbələrdə vətənpərvərlik hissini gücləndirmək olub.

