NMİ-də Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Naxçıvan Müəllimlər İnstitutunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq müəllimlik peşəsinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan danışıb, müəllimləri peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra Riyaziyyat və informatika kafedrasının müdiri, professor Yaqub Məmmədov, Tarix və filologiya kafedrasının müdiri, dosent Həsənəli Eyyazlı və Tədris şöbəsinin müdiri Əhruz Məmmudova çıxış edərək müəllimlik peşəsinin əhəmiyyəti və müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini bölüşüblər. Çıxışlarda müəllimlərə Müəllimlər Günü münasibətilə təbriklər çatdırılıb, onlara möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
Tədbir zamanı institutun fəal tələbələri tərəfindən hazırlanmış Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bu əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!