NMİ kollektivi Zəfər abidəsini ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib.
İnstitutun kollektivi abidə önünə gül dəstələri qoyaraq Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib.