NMİ Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli Azərbaycan Gənclərinin XI Forumunda iştirak edib

   Fevralın 2–3-də Bakı və Xankəndi şəhərlərində XI Azərbaycan Gənclər Forumu keçirilib. Forumda Naxçıvan Muxtar Respublikasını təmsil edən 17 nəfərlik nümayəndə heyətinin üzvlərindən biri, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli də iştirak edib.
Forum Gülüstan Sarayında keçirilən açılış mərasimi ilə başlayıb, daha sonra “Azərbaycan Gəncləri – 2035: Strateji baxış və prioritetlər” mövzusunda sessiya ilə davam edib. Fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sessiya və “Gənclərin potensialı – milli inkişaf naminə” mövzusunda vorkşop təşkil olunub.
Forum çərçivəsində iştirakçılar üçün Şuşa şəhərinə ekskursiya da həyata keçirilib.