Naxçıvan Müəllimlər İnstitutunda “Pedaqoji estafetin xronikası” devizi altında görüş keçirilib

29 oktyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə “Pedaqoji estafetin xronikası” devizi altında əmək bazarı nümayəndələri ilə tələbələrin növbəti görüşü keçirilib.
Tədbiri institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq, görüşün məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu cür tədbirlər tələbələrin gələcək peşə fəaliyyətinə hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır, məzunlarla əlaqələrin davamlılığını təmin edir və təcrübə mübadiləsinə geniş imkan yaradır.
Daha sonra təqdimatlar bölümü keçirilib. Təqdimatlarda Naxçıvan Müəllimlər İnstitutunun Məzunlar Assosiasiyasının sədri Taleh Xəlilov, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Seymur Xudanov, Naxçıvan şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Tamella Quliyeva, Şərur rayonu Danyeri kənd tam orta məktəbinin direktoru Rəvanə İbrahimli, Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ləman Əsgərli, Naxçıvan şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fərizə Salahlı və Naxçıvan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Esmira Məmmədova çıxış ediblər.
Çıxışlarda təhsil müəssisələrində həyata keçirilən yeniliklər, müasir pedaqoji metodlar, müəllim peşəsinin cəmiyyət qarşısında məsuliyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barəsində fikirlər səsləndirilib, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşən Məmmədov, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfova və nazirliyin kollektivinə institutla səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib, qarşıdakı görüşlərdə uğurlar arzulayıb.