23 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Təsviri incəsənət müəllimliyi”və “Texnologiya müəllimliyi” ixtisasları üzrə tələbələrin əl işlərindən ibarət dekorativ tətbiqi sənət sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq sərginin əhəmiyyətindən bəhs edib, təsviri incəsənətin gənclərin estetik tərbiyəsində və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edərək sərgidə nümayiş olunan işlərin ideya-məzmun xüsusiyyətlərindən, tələbələrin yaradıcılıq potensialının inkişafında bu cür tədbirlərin rolundan danışıb.
Tədbirdə həmçinin İncəsənət kafedrasının müəllimi Rübabə İmanlı çıxış edərək. Tələbələrin əl işlərinin hazırlanma prosesi və onların bədii-estetik dəyərləri barədə məlumat verib.
Sərgidə tələbələrin əl işlərindən ibarət dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub. Tədbir iştirakçıların böyük marağı ilə qarşılanıb.


