Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsi, Humanitar və ictimai fənlər fakedrası və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev: Azərbaycanın Müstəqillik Simvolu” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Müstəqil Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Elm və İnnovasiya Məsələləri üzrə prorektoru Qurban Qurbanlı tədbiri açıq elan edərək Müasir Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini, ölkəmizin inkişafı uğrunda yorulmaz fəaliyyətini qeyd etmişdir.
İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Ulu öndər Heydər Əliyevin gənclər qarşısında qoyduğu vəzifələr” mövzusunda çıxış edərək Heydər Əliyevin Azərbaycanda həyata keçirilən gənclər siyasətində uğurlu fəaliyyətindən, gələcəyimiz olan gənclərə tövsiyələrindən danışmışdır.
İnstitutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Heydər Əliyev və müstəqil Azərbaycanın inkişaf modeli” mövzusunda çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirilən tarixi qərarları, ölkənin sosial-iqtisadi inkişafında rolunu qeyd etmişdir.
Sonda Ümummilli lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunmuşdur.





Tüm ifadeler:
Gülnarə Səfərova ve 25 diğer kişi

