Naxçıvan Müəllimlər İnstitutunun komandası “Vətən naminə” hərbi-idman oyununda üçüncü yerə layiq görülüb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib.
Yarışda Naxçıvan Müəllimlər İnstitutunun komandası uğurla çıxış edərək üçüncü yerə layiq görülüb. Komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.
Bu münasibətlə Naxçıvan Müəllimlər İnstitutunun rektoru tələbələrlə görüş keçirib. Görüş zamanı rektor komanda üzvlərini qazandıqları nailiyyət münasibətilə təbrik edib, onların bu uğurunu institutun təhsil və tərbiyə mühitində gənclərin vətənpərvərlik ruhunda formalaşmasının göstəricisi kimi dəyərləndirib. O, tələbələrə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.