17 oktyabr tarixində İnstitutun Riyaziyyatın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “COP29 və yaşıl artım ölkəsi” adlı dəyirmi masa təşkil edilib.
Tədbirdə Ümumi işlər üzrə prorektor Xəyal Camalov giriş sözü ilə çıxış edərək COP 29 tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb, mövzunun gənclər üçün aktuallığını qeyd edib.
Sonra kafedranın müdiri, professor Yaqub Məmmədov çıxış edərək, kafedranın tədbirlər planına uyğun təşkil edilən tədbirin mahiyyəti və gündəliyi haqqında gəncləri məlumatlandırıb, tədbirin gedişində gəncləri fəal olmağa çağırıb.
Tədbirdə kafedranın dosenti Südabə Məmmədovanın və kafedranın müəllimi Gülnar Hüseynovanın çıxışları dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

