14 oktyabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun müəllimi İman Cəfərov və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri Azərbaycanın böyük şairi Məmməd Arazın anadan olmasının 91 illik yubileyi münasibətilə Naxçıvan şəhər qəbirstanlığında olan bir sıra yazıçı, şair və ədəbiyyatşünasların məzarlarını ziyarət etmişdir.
Tədbir zamanı müəllim və tələbələr Məmməd Arazın şeirlərindən nümunələr səsləndirmiş, Yavuz Axundlu, Hüseyn Həşimli, Əziz Şərif kimi estetik fikir sahiblərinin nəzəri müddəalarını mübadilə etmişlər.

