Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

09 sentyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda institut rəhbərliyi, fakültə dekanları və kafedra müdirləri, professor-müəllim, tədrisə köməkçi heyət, həmçinin tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.
Elmi-şuranın iclasını Tədris işləri üzrə prorektor, rektor vəzifələrini icra edən Elşən Məmmədov açaraq yeni tədris ilinin başlanması münasibətilə kollektivə təbriklərini çatdırıb, qarşıdakı vəzifələrin icrasında həmrəyliyin və məsuliyyətin vacibliyini diqqətə çatdırıb.
İclasda 2024–2025-ci tədris ilinin yekunları müzakirə olunub, 2025–2026-cı tədris ilinə hazırlıq vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Tədris və tərbiyəvi işlərin illik planları, tələbə qəbulu nəticələri, seçmə fənlərin müəyyənləşdirilməsi, institutun struktur bölmələrinin və ictimai təşkilatların fəaliyyət planları təsdiq edilib.
Çıxışlarda yeni tədris ilində tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə mədəni və kütləvi tədbirlərin daha sistemli təşkili, həmçinin elmi fəaliyyətin inkişafı istiqamətində görüləcək işlərə dair təkliflər səsləndirilib.
Elmi Şuranın genişləndirilmiş iclası institutun qarşıdakı tədris ilində fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi və strateji hədəflərin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.