Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Əsədovanın müəllifi olduğu “The evolution of civic education in Azerbaijani pedagogical thought: Historical heritage and modern perspectives” (Azərbaycan pedaqoji düşüncəsində vətəndaş tərbiyəsinin təkamülü:tarixi irs və müasir perspektivlər) adlı elmi məqalə beynəlxalq “Akademik Tarih ve Düşünce Dergisi” jurnalında dərc olunub.
Məqalədə Azərbaycan pedaqoji fikrində vətəndaşlıq təhsilinin tarixi inkişafı, milli pedaqoji irsin bu sahəyə təsiri və müasir yanaşmalar elmi baxımdan təhlil olunub. Araşdırma ölkəmizin pedaqoji irsinin beynəlxalq elmi mühitdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Əməkdaşlarımızı bu uğur münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!


