Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində 2025–2026-cı tədris ili üzrə məzun tələbələrin pedaqoji təcrübə hesabatları uğurla başa çatıb.
Hesabatlarda müxtəlif müəllimlik ixtisasları üzrə tələbələr pedaqoji təcrübə müddətində ümumtəhsil müəssisələrində həyata keçirdikləri fəaliyyətlər, keçdikləri nümunəvi dərslər, tətbiq etdikləri müasir tədris metodları və qazandıqları peşəkar bacarıqlar barədə təqdimatlarla çıxış ediblər.
İnstitut rəhbərliyi, fakültə əməkdaşları, təcrübə rəhbərləri və metodistlər tələbələrin praktik hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda məzunlar təhsil pilləsini uğurla başa vurmaları münasibətilə təbrik olunub, onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.
Bununla da NMİ üzrə 2025–2026-cı tədris ilinin pedaqoji təcrübə prosesi və yekun hesabat mərhələsi uğurla tamamlanıb.


