Pedaqoji fakültədə təcrübə hesabatlarının təqdimatı davam edir

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində bakalavriat səviyyəsində təhsil alan sonuncu kurs tələbələrinin pedaqoji təcrübə hesabatlarının təqdimatı davam edir.
Təqdimatda müxtəlif ixtisaslar üzrə tələbələr təcrübə müddətində qazandıqları bilik və bacarıqları, məktəb mühitində keçdikləri dərs prosesləri, həyata keçirdikləri tərbiyəvi tədbirlər və tətbiq etdikləri innovativ tədris metodları barədə məlumat veriblər.
Hesabatda institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, təcrübə rəhbərləri və müvafiq komissiya üzvləri iştirak ediblər. Hesabat zamanı çıxışlar dinlənilib, tələbələrin pedaqoji fəaliyyəti qiymətləndirilib və onlara gələcək peşə fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Bildirilib ki, pedaqoji təcrübə tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirən və onları müəllimlik peşəsinə hazırlayan mühüm mərhələdir.
Qeyd edək ki, təcrübə hesabatlarının təqdimatı növbəti günlərdə də davam edəcək.