NMİ-nin Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Təfəkkür” psixologiya dərnəyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

ədbirdə çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Vəliyeva süni intellekt texnologiyalarının insan həyatına və psixoloji münasibətlərə təsirindən danışıb, mövzunun aktuallığını vurğulayıb.
Daha sonra dərnək rəhbəri Fatma İslamlı, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri Nərmin Fərzəliyeva və Selcan Əliyeva çıxış edərək süni intellektlə emosional ünsiyyətin müsbət və mənfi tərəfləri, eləcə də mümkün risklər barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, süni intellekt insanların emosional ehtiyaclarına müəyyən mənada cavab versə də, canlı ünsiyyətin və insan münasibətlərinin yerini tam əvəz edə bilməz.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.