Naxçıvan Müəllimlər İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin yekun elmi konfransı çərçivəsində qalib tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov qalibləri təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, tələbələrin elmi fəaliyyətə marağının artmasının institutda elmi mühitin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Tədbirdə 2025–2026-cı tədris ili ərzində elmi fəaliyyətlərdə fərqlənən və bölmə iclaslarında yüksək nəticə göstərən tələbələr diplom və təşəkkürnamələrlə mükafatlandırılıblar


