NMİ tələbəsinin 4–10 yaşlı uşaqlar üçün ingilis dili vəsaiti nəşr olunub

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Sürəyya Əsgərovanın 4–10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “English Book: Alphabet & Numbers” adlı tədris vəsaiti nəşr olunub.
Vəsait məktəbəqədər və ibtidai təhsil pilləsində olan uşaqların ingilis dilində ilkin savadlanması, əlifbanın öyrənilməsi və say bacarıqlarının formalaşdırılması məqsədilə hazırlanıb.
Qeyd etmək lazımdır ki, tələbələrin ali təhsil ocağını bitirməmiş belə mühüm nailiyyətlər əldə etməsi Naxçıvan Müəllimlər İnstitutunun əsas prioritetlərindən biridir. İnstitutda yaradılan elmi-pedaqoji mühit və tələbələrin yaradıcılıq potensialının inkişafına göstərilən dəstək onların erkən mərhələdə uğurlara imza atmasına şərait yaradır.
Əminik ki, Sürəyya Əsgərova gələcək də pedaqoji sahədə yeni uğurları ilə seçiləcək və təhsilimizin inkişafına öz töhfəsini verəcəkdir.
Bu münasibətlə tələbəmizi ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.