Naxçıvan Müəllimlər İnstitutunun IV kurs təcrübəçi tələbələri pedaqoji təcrübə rəhbəri Gülmira Əsədovanın rəhbərliyi ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində tələbələrə muzeydə nümayiş etdirilən eksponatlar, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, dövlətçilik irsi və Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər barədə ətraflı məlumat verilib.
Ekskursiya zamanı tələbələr Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla yaxından tanış olub, onun dövlətçilik ideyaları və milli dəyərlərin qorunması istiqamətində gördüyü işlər barədə geniş təsəvvür əldə ediblər.
Ziyarət tələbələr tərəfindən maraqla qarşılanıb və onların tarixi biliklərinin daha da zənginləşdirilməsinə töhfə verib.


