NMİ-də mülki müdafiə dərslərinə həsr olunmuş seminar keçirilib

20 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının təşəbbüsü ilə “Mülki müdafiə dərslərində əhalinin təxliyəsi mövzusunun tədris metodikasının elmi-pedaqoji əsasları” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək mülki müdafiə sahəsində maarifləndirmənin və bu istiqamətdə aparılan tədrisin elmi əsaslar üzərində qurulmasının vacibliyini vurğulayıb.
Daha sonra Ümumi fənlər kafedrasının dosenti Oktay Rzayev çıxış edərək mövzu ətrafında geniş məlumat verib. O, mülki müdafiə dərslərində əhalinin təxliyəsi mövzusunun tədrisi zamanı istifadə olunan metodların elmi-pedaqoji əsaslarını diqqətə çatdırıb, bu sahədə effektiv təlim üsullarının tətbiqinin əhəmiyyətini qeyd edib.
Daha sonra seminar sual-cavab formatında yekunlaşıb.