NMİ-nin Təbiət və incəsənət fakültəsində dekan seçkisi keçirilib

13 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsi Elmi Şurasının növbədənkənar ümumi iclası keçirilib. İclasın gündəliyində fakültədə vakant olan dekan vəzifəsinə seçki məsələsi yer alıb.
İclasa sədrliyi Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən, Tədris işləri üzrə prorektor, dosent Elşən Məmmədov edib. O, gündəlikdə duran məsələni iştirakçıların diqqətinə çatdıraraq dekan vəzifəsinə namizəd Muradova Nazilə Lətif qızına uğurlar arzulayıb.
Daha sonra iddiaçı Nazilə Muradova çıxış edərək öz seçki platformasını iclas iştirakçılarına təqdim edib, fakültənin inkişaf istiqamətləri, tədrisin keyfiyyətinin artırılması və elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı hədəf və prioritetlərini diqqətə çatdırıb.
Müzakirələrdən sonra irəli sürülən təkliflər səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən Nazilə Muradovanın namizədliyi müsbət qiymətləndirilib və onun Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı vəzifəsinə seçilməsi barədə qərar qəbul edilib.