TƏDRİS ŞÖBƏSİ HAQQINDA MƏLUMAT

    Tədris şöbəsi Naxçıvan Müəllimlər İnstitutunun əsas struktur bölmələrindən biri olub öz fəaliyyətini Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində institutun bütün fakultələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərərək Avropa və dünya təhsil sisteminə inteqrasiya şəraitində institutda müasir tələblərə cavab verən yüksək səviyyəli kadrların hazırlanması işinə nəzarət edən, institutun fəaliyyəti ilə bağlı tədrisin təşkili, kreditlərin tanınması və tələbələrin attestasiyası sahəsində tədris-metodiki işlərin kordinasiyasını, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən orqandır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının təhsil haqqında qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, “Ali məktəbdə tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili əmək davranışları qaydaları”nı, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni, “Ömür boyu təhsil üzrə Avropa Kvalifikasiyalar  Çərçivəsi”ni, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ı, institutun Nizamnaməsini, normativ aktları, rektorun əmr, sərəncam və göstərişlərini, İnstitut Elmi Şurasının qərarlarını və şöbənin Əsasnaməsini, habelə Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarımn normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyyələrini rəhbər tutur.

“Tədris” şöbəsi mütəmadi olaraq yerinə yetirilən işlər haqqında rektorluğa müvafiq hesabatlar təqdim edir.

Şöbənin fəaliyyətinin əsas məqsədləri:

  1. İnstitutda tədrisin prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili

və ona nəzarətin həyata keçirilməsinin təmin edilməsi;

  1. Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakultələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi;
  2. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;
  3. İnstitutun partnyor olduğu təşkilatlar ilə sıx qarşılıqlı əlaqədə olmaqla tədrisdə mövcud innovasiyaları öyrənmək və tətbiqinə nail olmaq;
  4. Ali təhsil müəssisələri ilə müqavilə standartlarının hazırlanması, daxili və xarici mübadilə qaydalarının müəyyənləşirilməsi və müqaisəli təhlilinin aparılması vasitəsi ilə tələbə mobilliyinin təmin edilməsi;
  5. Azərbaycan Respublikası “Təhsil Qanunu”na uyğun olaraq institutda ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi ali peşə təhsili proqramları   başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası) keçirilməsini təmin etmək;
  6. Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.

 

Şöbənin əsas vəzifələri:

 

  1. Tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili;
  2. Tədris prosesinin planlaşdırılması, təşkili və nəzarət məsələləri üzrə əmrlərin, sərəncamlarm və digər sənədlərin layihələrinin işlənib hazırlanması;
  3. Fakültələr və buraxılış kafedraları ilə birlikdə tədris planlarının və tədris-metodiki sənədlərin işlənib hazırlanması;
  4. Tədris prosesinin təhsil proqramlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət etmək;
  5. Tədris proqramlarının, hər tədris ili üçün işçi və baloniya tədris planlarının hazırlanması;
  6. Fakültələr tərəfindən tapşırıqların hazırlanmasına və təsdiqinə, kafedralara vaxtında təqdim edilməsinə nəzarət;
  7. Kafedralar üzrə tədris yüklərinin hesablanması və təsdiqi, tədris yükünün professor-müəllim heyəti arasında bölgüsünə və yerinə yetirilməsinə nəzarət;
  8. Kafedraların dərs yüklərinin yerinə yetirilməsi haqqında hesabatların toplanması və ümumiləşdirilməsi;
  9. Saathesabı dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və həsablanmış əməkhaqqına nəzarətin təşkili;
  10. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafıklərinin tərtibi və icrasına nəzarət;
  11. Kafedra günlərinin qrafikinin tərtibi və kafedra iclaslarında iştirak;
  12. İnstitut üzrə tədris prosesinin qrafıkinin tərtibi və onun icrasına nəzarət;
  13. Tədrisin təşkili sahəsində fakültə və kafedralarm işinin əlaqələndirilməsi;
  14. Tədris prosesini təmin etmək üçün institut üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət;
  15. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət;
  16. Fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və istifadəsi vəziyyətinə nəzarətin təşkili;
  17. Payız və yaz semestrinin təşkili;
  18. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyalarının nəticələrinin təhlili;
  19. Tələbələrin irəliləyişi, hərəkətinin uçotu və nəzarəti (akademik möhlət, köçürmə, xaric olma, bərpa);
  20. Tələbə mobilliyinin təmin edilməsi məqsədi ilə təhsil proqramlarının digər daxili və xarici universitetlər ilə müqaisəli təhlilini həyata keçirir;
  21. Tələbə mobilliyinin təmin edilməsi və təhsil kreditlərinin tanınması ilə əlaqədar digər ali təhsil müəssisələri ilə müqavilə standartlarını hazırlayır;
  22. Digər ali təhsil müəssisələri ilə müqavilə standartları əsasında mübadilə olunan tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsini təmin etmək;
  23. İnstitutda təhsil alan əcnəbi tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsini təmin etmək;
  24. İnstitutun dövlət akkreditasiyasına hazırlığı ilə bağlı lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
  25. İnstitutun keyfiyyət təminatı siyasətində nəzərdə tutulan tədbirlərin icrasında aktiv iştirak etmək;
  26. Məzun koordinasiya və karyera məsələləri üzrə aparılan işlərə nəzarət;
  27. Tədris prosesinin, tələbələrin məlumatlarının elektronlaşdırılmasına nəzarət;
  28. Ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası) keçirilməsi tarixini müəyyənləşdirmək;
  29. İxtisaslar üzrə yekun və buraxılış dövlət attestasiyasından keçmiş tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsini təmin etmək;
  30. Şöbənin fəaliyyəti ilə əlaqədar təşkilati sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  31. Şöbənin kargüzarlıq işlərinin aparılması;
  32. Şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır vəİnstitut rəhbərliyinə təqdim edir;
  33. İnstitut rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin edir;
  34. Şöbə fəaliyyətini hazırlanmış illik iş planı əsasında həyata keçirir;
  35. Qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

 

 

  1. Mahmudova Əhruz Əli qızı -Tədris şöbəsinin müdiri
  2. Əliyeva Təranə Sevindik qızı -Pedaqoji təcrübə rəhbəri
  3. Əsədova Gülər Məmmədhüseyn qızı – Tədris sənədləri ilə iş üzrə baş mütəxəssis
  4. Sadiqova Nuray Nəbi qızı- Tədris sənədləri ilə iş üzrə baş metodist
  5. Cəfərova Fərqanə Əhəd qızı – Məzun koordinasiya və karyera işləri üzrə baş mütəxəssis
  6. Qurbanova Səriyə Bağır qızı – Elektron təhsil sistemləri üzrə baş mütəxəssis
  7. Əliyeva Sevinc Hüseyn qızı – Xarici əlaqələr üzrə mütəxəssis
  8. Vəliyeva Vüsalə Feyzulla qızı – Monitorinq və qiymətləndirmə üzrə metodist
  9. Fərzəliyeva Siddiqə Abbas qızı –Məzunlarla iş və diplomlar üzrə baş mütəxəssis
  10. Cəfərli Altay İman oğlu – Tələbələrlə iş və tədbirlərin təşkili üzrə mütəxəssis
  11. Seyidzadə Nuray Dilavər qızı -kompüter operatoru

 

 Tədris şöbəsinin əməkdaşları:

  1. Mahmudova Əhruz Əli qızı – Tədris şöbəsinin müdiri
  2.  Əliyeva Təranə Sevindik qızı –Pedaqoji təcrübə rəhbəri
  3. Əsədova Gülər Məmmədhüseyn qızı  — Metodist
  4. Sadiqova Nuray Nəbi qızı- Metodist
  5. Əliyeva Süsən Əli qızı – Metodist
  6. Cəfərova Fərqanə Əhəd qızı – Metodist
  7. İbrahimova Günel Fəxrəddin qızı – kabinə müdiri
  8. Əliyeva Aytəkin Vaqif qızı – kabinə müdiri
  9. Fərəcova Günay Yasin qızı – Xarici əlaqələr üzrə mütəxəssis
  10. Vəliyeva Vüsalə Feyzulla qızı – Qiymətləndirmə və monitorinq üzrə metodist
  11. Hüseynova Gülnar Rüstəm qızı – Elmi təşkilati işlər üzrə metodist
  12. Fərzəliyeva Siddiqə Abbas qızı – Tələbələrlə iş üzrə mütəxəssis
  13. Babayeva Aytac Tahir qızı – dispetçer
  14. Seyidzadə Nuray Dilavər qızı – kompüter operatoru