Novruzova Təranə Sevindik qızı 

1961-ci il 26 yanvar tarixində Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirib, həmin ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika Riyaziyyat fakültəsinin Ümumi texniki fənnlər ixtisasına  qəbul olmuş və 1982-ci ildə bitirmişdir.

1982-ci ildən Texniki Peşə məktəbində, 1984-cü ildən Cəlilabad rayonunda fizika müəllimi kimi işləmişdir. 1991-cı ildə Babək rayon Cəhri kəndində ibtidai sinif müəllimi, 1992-ci ildən 10№li məktəbdə fizika müəllimi kimi işləmişdir. 2004-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda təcrübə rəhbəri vəzifəsində işləyir.