Naxçıvan Müəllimlər İnstitutunda “Milli dəyərlərimizin hüquqi ifadəsi – Konstitusiya” mövzusunda açıq dərs keçirilib

29 aprel tarixində institutun Pedaqoji fakültəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq edilmis Tədbirlər Planına əsasən keçirilən tədbirlər silsiləsinə uyğun olaraq Humanitar və ictimai fənlər kafedrasının müəllimi Nazlı Yaqubovanın açıq dərsi təşkil olunub. Dərsi institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Nazlı Yaqubova aparıb. Dərs müddətində mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin fəal iştirakı təmin olunub.
Dərsin açılışında Pedaqoji fakültənin dekanı dosent Samirə Həsənova çıxış edərək, konstitusiyanın və milli dəyərlərin hüquqi ifadəsinin əhəmiyyətini vurğulayıb. Samirə Həsənova, bu cür açıq dərslərin tələbələrin hüquqi biliklərinin artırılması və onların milli dəyərlərə olan münasibətlərinin gücləndirilməsi baxımından böyük rol oynadığını qeyd edib.
Dərsə rəhbərlik edən Nazlı Yaqubova mövzunun təqdimatında həm elmi, həm də nəzəri yanaşmaları peşəkar şəkildə təqdim edib. O, dərs boyu Konstitusiyanın milli dəyərlərin qorunmasında və inkişafında necə mühüm rol oynadığını aydın şəkildə izah edərək, tələbələrlə interaktiv ünsiyyət qurub, onların fikirlərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparıb. Nazlı Yaqubova mövzunun müxtəlif aspektlərini tədqiq edərkən, ən son yenilikləri və hüquq sahəsindəki mühüm dəyişiklikləri də dərsə daxil edərək tələbələrə müasir hüquqi vəziyyətlərdən bəhs edib.
Tələbələr dərs zamanı müxtəlif hüquqi məsələlərə dair fikir mübadiləsi aparıb və praktiki nümunələrlə mövzunu daha yaxşı mənimsəyiblər. Nazlı Yaqubovanın dərs metodları və tələbələrlə yaradılan ünsiyyət mühiti açıq dərsdə iştirak edən müəllim və pedaqoqlar tərəfindən yüksək qiymətləndirilib.
Bu cür dərslər, tələbələrin hüquqi biliklərini artırmaq və onların milli dəyərlərə olan baxışlarını möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Nazlı Yaqubovanın uğurlu dərs metodu, institutda keçirilən bu cür tədbirlərin davamlı olmasının zəruriliyini bir daha göstərib.