31 yanvar 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda İnstitutun bütün struktur bölmə rəhbərləri, elmi-pedaqoji və tədrisə köməkçi heyətlər, müəllim və tələbələr, institut ictimai təşkilatlarının nümayəndələri iştirak edib.
Elmi Şurada giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam və Fərmanlar, təsdiq etdiyi Dövlət proqramları əsas götürülərək hazırlanan Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti 2024-2025-ci tədris ilində də illik strateji fəaliyyət planına və cari məsələlərə uyğun qurulmuşdur.
Elşən Məmmədov 2024-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş çıxışında institutda təhsilin hər üç səviyyəsinə aparılan qəbulla bağlı məsələlərə toxunub, institutun Dissertasiya Şurasının fəaliyyətindən, professor və müəllim heyətinin ölkə və dünya miqyasında nailiyyətlərindən, beynəlxalq jurnallarda dərc olunan əsərlərindən danışıb, tələbələrin elmi tədqiqat sahəsində mövcud fəaliyyətlərinin qənaətbəxş olduğunu vurğulayıb və bu il də keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi üçün qarşıya mühüm məqsədlər qoyulduğunu deyib.
Sonra Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlının “2024-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda elmi fəaliyyətin yekunları haqqında elmi hissənin hesabatı” və “Elmi hissənin 2025-ci ilə aid iş planının müzakirəsi və təsdiqi” mövzularında, “Məktəb” nəşriyyatının direktoru Ənnağı Əsgərovun “Məktəb” nəşriyyatının 2024-cü ilə aid hesabatı və 2025-ci ilə aid iş planının təsdiqi” mövzusunda, institutun Kitabxanasının müdiri Sara Səfərovanın “Naxçıvan Müəllimlər İnstitutu kitabxanasının 2024-cü ilə aid hesabatı” və Cari məsələlər haqqında Elmi katib dosent Azad Novruzovun məruzəsi dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Çıxışlarda 2024-cü ildə Elm və innovasiyalar üzrə prorektorluguna yeni təyinat olunması və institutun yenidən təşkili haqqında dövlət sənədinin qəbulu da institut üçün olduqca əhəmiyyətli olduğu diqqətə çatdırılıb, İnstitutun təşkilatçılıq etdiyi və institutda keçirilən beynəlxalq və respublika konfranslarından danışılıb, elmi-tədqiqat və elmi-təşkilati fəaliyyət sahəsində ən yüksək fərdi və ya kollektiv göstəricilərinə görə institutun bir qrup elmi-pedaqoji əməkdaşları, fakültə və kafedraları mükafatlandırılıb. Pedaqoji fakültə üzrə Riyaziyyat və tədrisi metodikası kafedrası “İlin kafedrası”,Təbiət və incəsənət fakültəsi üzrə İncəsənət kafedrası “İlin kafedrası” Pedaqogika üzrə fəlsəfə doktoru, pedaqogika və psixologiya kafedrasının professoru, Kamal Həsən oğlu Camalov “İlin alimi”, Gülnar Rüstəm qızı Hüseynova “İlin tədqiqatçısı” elan edilib. Həmçinin kafedralar üzrə ən yüksək fərdi göstəricilərinə görə Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Tahir oğlu Əzimli, Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rühəngiz Məmməd qızı Əliyeva, Xarici dillər və tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Qurban Məmməd oğlu Qurbanlı, Ümumi fənlər kafedrasının dosenti Oktay Rza oğlu Rzayev, Riyaziyyat və tədrisi metodikası kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru Yaqub Yaqub oğlu Məmmədov, Ali riyaziyyat və informatika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Xəlil oğlu Vəliyev, İncəsənət kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Rəşad qızı Allahverdiyeva, Humanitar və ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Aytəkin Məmiş qızı Qəhrəmanova Təşəkkürnamə ilə təltif ediliblər.
Əməkdaşlarımızı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

