Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli “İlin Tələbə Gənclər Təşkilatı Sədri” adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Gənclər Fondu, Ağ Şəhər Bazar Meydanının dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “GenZ” festivalında Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli 2024-cü il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” adına layiq görülmüşdür.