“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgi keçirilib.

 

19 dekabr tarixində Təbiət və incəsənət fakültəsinin, İncəsənət kafedrasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbələrinin rəsm əsərlərindən ibarət hesabat-sərgisi keçirilib.

Sərgidə giriş sözü ilə institutun rektoru vəzifəsini icra edən Tədris işləri üzrə prorektor Elşən Məmmədov, İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev çıxış edərək, sərginin keçirilməsinin əhəmiyyətindən, əl işlərinin mövzuları və üslublarından danışıblar. Qeyd olunub ki, sərgi möhtərəm prezident, cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamlar rəhbər tutularaq kafedranın müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyevin rəhbərliyi ilə rəngkarlıq və qrafika üslublarında, sərbəst mövzularda işlənib.

Sərgidə Qədim diyar Naxçıvanın muxtariyyətinə, həmçinin işğaldan azad olunmuş ərazilərin yaşıl təbiət guşələrinə, yenidənqurulan tarixi memarlıq abidələrinə həsr olunan mənzərə və kompozisiyalardan ibarət 22-dən artıq əl işi nümayiş olunub. Çıxış edənlər gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin tələbələr də çıxış edərək sərgi üçün yaradılan şəraitə görə institut rəhbərliyinə və onlara istiqamət verən dəyərli müəllimlərinə təşəkkürlərini bildiriblər.