Muxtar respublikanın 100 illiyinə həsr edilmiş yarmarkada iştirak edən institutun rektoru Azad Novruzov böyük əməklə ərsəyə gələn əl işləri ilə yaxından tanış olub

  Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi satış yarmarkasında iştirak edib.
Muxtar respublikanın 100 illiyinə həsr edilmiş yarmarkada iştirak edən institutun rektoru Azad Novruzov böyük əməklə ərsəyə gələn əl işləri ilə yaxından tanış olub, onları yüksək qiymətləndirib.