Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

İnstitutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədovun sədrliyi ilə keçirilən iclasda tədrisin təşkilində tədrisə köməkçi heyətdən istifadə edilməsinin vəziyyəti, yaz semestri imtahan sessiyasının gedişi və 2026–2027-ci tədris ili üçün tədris tapşırıqları və dərs yüklərinin təsdiqi məsələləri müzakirə olunub. Gündəlikdə yer alan məruzələr dinlənilib, müzakirələr aparılıb və təqdim olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib. Sonda cari məsələlərə baxılıb.