NMİ-də Psixoloqlar Gününə həsr olunmuş praktik məşğələ keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Təhsildə -sosial psixologiya mərkəzi və Psixologiya laboratoriyasında 10 May–Psixoloqlar Günü münasibətilə TSPX ixtisasının I kurs tələbələri üçün praktik məşğələ təşkil olunub.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Ayxan Hüseynlinin rəhbərliyi ilə keçirilən məşğələnin məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, psixoloji yanaşma və ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub.
Praktik məşğələ zamanı tələbələr müxtəlif psixoloji situasiyalar üzərində işləyib, interaktiv tapşırıqlar vasitəsilə peşə bacarıqlarını möhkəmləndiriblər.
Sonda tələbələrlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.