NMİ-də Ümumi fənlər kafedrası nəzdində tələbələrin elmi-tədqiqat işlərinin müzakirəsi keçirili

 

Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrası nəzdində, Tələbə Elmi Cəmiyyəti çərçivəsində tələbələrin elmi-tədqiqat işlərinin ilkin müzakirəsi keçirilib.

Tədbirdə tələbələr tərəfindən hazırlanmış elmi-tədqiqat işləri təqdim olunub, onların məzmunu, aktuallığı və elmi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı kafedranın professor-müəllim heyəti tərəfindən təqdim olunan işlər dəyərləndirilib, mövzuların daha da təkmilləşdirilməsi, metodoloji yanaşmaların düzgün qurulması və tədqiqatların dərinləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Tədbir çərçivəsində tələbələrin elmi fəaliyyətə marağının artırılması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və elmi mühitə inteqrasiyasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.