Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında “Azərbaycan dili və ədəbiyyat dərslərində XXI əsr bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda elmi seminar təşkil olunmuşdur.
Seminarda Elm və İnnovasiya məsələləri üzrə prorektor dosent Qurban Qurbanlı çıxış edərək, kafedralarda elmi tədbirlərin mütəmadi təşkili, tədris prosesində innovativ yanaşmaların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması istiqamətində fikirlərini bölüşmüşdür.
Seminarda kafedranın baş müəllimi Təranə Qəbulova mövzu üzrə təqdimatla çıxış etmiş və iştirakçılara praktiki nümunələr göstərmişdir.
Seminar müzakirə sessiyası ilə zənginləşdirilmiş, iştirakçıların fəal iştirakı seminarın məhsuldarlığını artırmış və Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təhsil metodlarının tətbiqini dəstəkləmişdir.


