Noyabrın 21-də “Naxçıvan Təlim Mərkəzi” və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxslərinin birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda maarifləndirici təlim keçirilib. Təlim institutun əməkdaşları və 4-cü kurs tələbələri iştirak ediblər.
Tədbir institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalovun giriş nitqi ilə açılıb. Prorektor təhlükəsiz əmək mühitinin təmin olunmasının əhəmiyyəti və bu sahədə maarifləndirmə işlərinin davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Daha sonra “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əmək təhlükəsizliyi, istehsalat risklərinin azaldılması, dövlət standartları və iş yerlərinin attestasiyası ilə bağlı geniş təqdimatla çıxış edib.
Təlim çərçivəsində Mərkəzin baş mütəxəssisi Mahmud Rzalı əmək mühafizəsi qaydaları, işçilərin düzgün təlimatlandırılması və icbari sığorta ilə bağlı əsas müddəalar barədə iştirakçıları məlumatlandırıb.
Sonra “Naxçıvan Təlim Mərkəzi” PHŞ-in əməkdaşı İbrahim Əliyev Mərkəzin yaradılması, məqsəd və fəaliyyət istiqamətləri barədə danışıb, həyata keçirilən təlim proqramlarının əmək təhlükəsizliyinin təmininə verdiyi töhfələri diqqətə çatdırıb.

