NMİ əməkdaşı YAP-ın 33-cü ildönümü münasibətilə mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) 33-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində partiya üzvlərinin təltif olunması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzunmüddətli fəal iştirakına görə YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.