Naxçıvan Müəllimlər İnstitutunun kollektivi sərgi-satış yarmarkasını ziyarət edib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 oktyabr tarixindən etibarən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasını ziyarət edib.
Kollektiv üzvləri sərgidə nümayiş etdirilən müxtəlif əl işləri və rəsm əsərləri ilə yaxından tanış olub, iştirakçılara uğurlar arzulayıblar.