16–17 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qalib ölkənin zəkalı adamları” adlı intellektual oyun təşkil olunub.
Tədbiri Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açıq elan edib, iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. O çıxışında qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizdə hüquqi dövlət quruculuğu və milli suverenliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini bir daha ön plana çıxarır.
İki gün davam edən yarışın ilk mərhələsində Pedaqoji fakültə üzrə 7 komanda — TM-718, Xəmsə və Zəfər komandaları, Təbiət və incəsənət fakültəsi üzrə isə 6 komanda arasından Naxçıvan, Şanlı iz və Psixoloqlar komandaları final mərhələsinə vəsiqə qazanıblar.
Keçirilən final mərhələsində komandalar arasında gərgin və maraqlı mübarizə aparılıb. Nəticədə Zəfər komandası I yerin, Xəmsə komandası II yerin, Psixoloqlar komandası isə III yerin qalibi olub.
Yarışın sonunda qaliblər diplom və medallarla təltif ediliblər.


