Qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr
Dekabrın 30-da Naxçıvan Müəllimlər İnstitutunda “ ” münasibətilə iclas keçirilmişdir. Professor-müəllim və tədrisə köməkçi heyətin iştirakı ilə keçirilən iclasda institutun prorektoru Azad Novruzov çıxış edərək imtahan sessiyasına hazırlığın vəziyyəti, görülmüş işlər və qarışya qoyulmuş vəzifələri diqqətə çatdırmışdır.
Sonra institutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudova imtahanaqədərki hazırlıq, əməkdaşların imtahan prosesindəki fəaliyyətləri, yaradılmış operativ qərargah və münaqişə komissiyaları haqqında məlumat vermişdir.
İclas zamanı imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bir sıra əlavə qaydalar müəyyən edilmişdir.